Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
“Mis.az-da mətbuat katibləri” layihəsi çərçivəsində hər dəfə dövlətqurumları, özəl təşkilat və müəssisələrdə çalışan mətbuat katibləri ilə siziyaxından tanış edirik.
Budəfəkimüsahibimiz “Azər Türk Bank”ın mətbuat katibi Rauf Ağayevdir.
Mis.az Rauf Ağayevlə olan müsahibəni təqdim edir:
- Oxucularımıza özünüz haqqında məlumat verin...
-1958-ci il sentyabr ayının 2-də Dəvəçi rayonunda doğulmuşam. Orta məktəbi bitirdikdən sonra iki il musiqiməktəbində fortepiano müəllimi işləmişəm. 1976-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxilolmuşam. Universitetdə diplom rəhbərim “Bakı Баку” qəzetinin baş redaktoru,ictimai xadim Nəsir İmanquliyev idi. Nəsir müəllim o vaxt xaricdə ayaşan azərbaycanlılar üçün çıxan “Vətən səsi” və çoxsəhifəli reklam qəzetinə dərəhbərlik edirdi. O, jurnalistika aləmində əvəzsiz işlər görüb. Nəsir müəllimişgüzar, qəzetçiliyi çox yaxşı bilən insan idi. O, bizim fakültədə müəllim, həmdə mənim diplom rəhbərim idi.
Universitetibitirdikdən sonra jurnalistika fakultəsi üçün təyinat olmadığından dostumlabirlikdə Ağacabədiyə getmək qərarına gəldik. Cavan uşaq idim, özüm üçün sankimacəra axtarırdım. Nəsir müəllimin diplomçusu olduğum üçün evlərinə tez-tezgedib gəlirdim. Demək olar ki, hər həftə onlarda idim. Nəsir müəllimin xanımıçox gözəl insan idi – Gövhər xanım. (Nəsir müəllimlə Gövhər xanım MehribanƏliyevanın ana tərəfdən babası və nənəsidir). Gövhər xanım xətrimi çoxistəyirdi. Onlara gələn kimi mənə yemək, çay gətirirdi. Bilirdi ki, tələbəyəm,ac ola bilərəm.
Birgün yenə onlara gəlmişəm, mətbəxdə oturub yemək yeyirəm. Həmin vaxt Nəsirmüəllim gəldi. Gövhər xanıma zarafatla dedi ki, sən gələn kimi bu uşağa yeməkverirsən, qoy, bir yazısın oxuyum, bəlkə ona yemək düşməyəcək? (gülür). Ağcabədiyə getmək məsələsi ortaya çıxanda Gövhər xanımla görüşməyəgetdim. O, Ağcabədiyə getmək istəməyimin səbəbini soruşdu. Dərhal da soruşdu ki,müəlliminlə görüşmüsən? Nəsir müəllimi nəzərdə tuturdu. Dedim ki, işədüzələndən sonra gəlib görüşəcəm. Dedi ki, indi get, görüş. Mən də getdim “BakıБаку” qəzetinə. Kabinetinə daxil olanda Nəsir müəllim dedi ki, eşitdimAğcabədiyə gedirsən. Dedim ki, bəli, dostumla bilrikdə gedirəm. Dedi ki, hə, cəhənnəməgedən özünə yoldaş axtarar. Burada hansı şöbədə işləmək istəyərsən? Təəccübləndim.Ədəbiyyat və incəsənət şöbəsində,dedim. Ədəbiyyat və İncəsənət şöbəsininrəhbərini çağırdı və mənə masa verilməsini və hələlik ştatdankənar müxbirişləyəcəyimi bildirdi. Həmin dəqiqə anladım ki, Gövhər xanım məni tapşırıb.Allah hər ikisinə rəhmət etsin. O gündən “Bakı Баку”qəzetində işləməyəbaşladım. Bir ildən artıq ştatdankənar işlədim. Sonra rusca çıxan “Baku”qəzetində müxbir yeri boşaldı keçdim ora. Qəzetdə rubrika açmışdım. Bakıkəndlərini gəzir, onların mədəniyyət evləri bağlı problemlərini işıqlandırır,tənqidi yazılar hazırlayırdım. Problemləri işıqlandırdığımıza görə Bakı ŞəhərPartiya Komitəsindən, Bakı Şəhər Sovetindən Nəsir müəllimə zənglər gəlirdi,iclaslara çağırılırdı. Ona görə, Nəsir müəllim fəaliyyətimdən razı idi. 1981-ciildən 1988-ci ilə qədər bu qəzetdə çalışdım. Nəsir müəllim pensiyaya çıxandansonra mən də daxil olmaqla 9 müxbir işdən çıxdıq. Gördük ki, təzə gələnrəhbərin başqa bir idarəetmə sistemi var. Nəsir müəllim nəhəng bir insan idi. Redaksiyaya heç kim təsadüf nəticəsində gəlməmişdi.Nəsir müəllim işçilərin hər birini özü seçir, onların da istədikləri vaxt işdənçıxmalarına imkan vermirdi. Fikirləşdirdi ki, kimsə əsəbiləşib işdən çıxar,sonra da küçədə qalar. Bizə ata kimi idi. İndi fikirləşirəm, elə rəhbər nadirhallarda tapılar.
- “Bakı Баку” qəzetindən sonra hansı işlərdə çalışmısınız?
- Qəzetdən çıxdıqdan sonra dostumla bir moda jurnalı yaratdıq. Azərbaycanda qadın jurnalı “Azərbaycan qadını” idi. O da sırf qadınlara aid deyildi. Fikirləşdik ki, bu boşluqdan istifadə edib, məhz qadınlar üçün jurnal yaradaq. Qadınlar onu yanında gəzdirsin, həvəslə oxusun. Onun içində moda, qədimi yeməklər, uşağa baxmaq kimi maraqlı mövzular, ümumiyyətlə qadına aid nə varsa, hamısı olsun. O zaman qəzet, jurnal təsis etməyə icazə yox idi. Ona görə də, onu dəb toplusu adlandırdıq. Ulyanovskda çap etdirib, çox çətinliklə gətirə bildik. O jurnal çox yaxşı qarşılandı. Azərbaycanda ilk qadın jurnalı idi. Adını da “Arzu” qoyduq.
O vaxt Azərbaycanda cəmi bir jurnalistlər təşkilatı vardı. Cavanlar nəinki ora daxil olmaq, yanından belə keçə bilmirdilər. Bu səbəblə 1991-ci ildə Gənc Jurnalistlər Cəmiyyətini yaratdım və Ədliyyə Nazirliyinin qeydiyyatından keçirdim. Bu, ölkədə ilk müstəqil jurnalist təşkilatı idi. Bu cəmiyyətdə mühüm işlər gördük.
Jurnalistika fakültəsi üçün Azərbaycanın Milli Qəhrəmanı, jurnalist, qrup yoldaşım Alı Mustafayev adına təqaüd təsis etdim.
Daha sonra “Təmas” adında qəzet yaratdıq. O qəzeti məktəblilər formalaşdırırdı. Qəzetin müxbirləri də, baş redaktoru da 6-cı sinifdən 11-ci sinfə qədər hər yaşda olan uşaqlar idi. Bu uşaqları bir araya gətirmək üçün məktəbləri gəzib 20 şagird toplamış, daha sonra onların arasından da 7 şagird seçmişdik. Qəzetin ilk nəşri böyük səs-küyə səbəb oldu. Uşaqlar problemi özlərinin gördükləri şəkildə işıqlandırdıqları üçün çox maraqlı idi. “Təmas” Azərbaycanda ilk uşaq qəzeti olub. 1992-ci ildə nəşr olunmuşdu.
Həmin vaxt qəzet satışında çətinlik yaranmışdı, qəzetlər özlərini dolandıra bilmirdilər. Bu vəziyyətdən çıxmaq barəsində fikirləşməyə başladım və “Reklam, elan, xəbər” qəzetini yaratdım. Qəzet iki rəngdə, 3 dildə nəşr olunurdu və pulsuz paylanırdı. Bir neçə nəfər poçtalyona əl haqqı verib, qəzeti evlərə payladırdım. Qəzet pulsuz olduğu üçün yaxşı reklamlar gəlirdi. Bu, Azərbaycanda ilk pulsuz qəzet idi.
Cəmiyyətdən sonra “Xalq qəzeti”nə dəvət aldım, 4 il orada işlədim. Orada “Xalq qəzeti”nin “Cümə” əlavəsini təsis etdik. Qəzet A3 formatında çıxırdı, 16 səhifəlik, oynaq bir qəzet idi. Yəni, orada siyasi materiallar yox idi. Qəzetin məsul redaktoru mən idim və bütün yaradıcı kollektiv 4 nəfərdən ibarət idi.
Sonra eşitdim ki, Beynəlxalq və Mərkəzi Bank mətbuat katibi axtarır. Beynəlxalq Bankı seçdim. Beynəlxalq Bank kommersiya bankı olduğu üçün orada hərəkət vardı. 2001-ci ildən orada mətbuat xidmətinin rəhbəri vəzifəsində işləməyə başladım. 14 il burada fəaliyyət göstərdim. O illər ərzində İqtisadiyyat Universitetinin Maliyyə fakultəsini bitirdim. Aldığım təhsil bir növ formal xarakter daşıyırdı. Artıq işləyə-işləyə bank işini öyrənmişdim. Çünki hər bir sual mənə yönlənirdi. İstər kredit, istər əmanət, istər kartların ödənişi, istərsə də digər əməliyyatlarla bağlı suallar. Bu müddət ərzində 32 dəfə canlı efirdə oldum. Efirdə hansısa suala cavab verə bilməmək bankın imicinə zərbədir. Bu səbəbdən daim stolumun üstündə maliyyəyə aid kitablar olurdu.
Beynəlxalq Bankdan ayrılandan sonra “Bakı Баку”qəzetinin elektron versiyasını yaratdım.
2017-ci ilin yanvar ayından“Azər Türk Bank”ın mətbuat katibi vəzifəsində çalışıram. Jurnalist olduğum üçün daim jurnalistləri özümə iş yoldaşı bilmişəm. Sağ olsunlar, jurnalistlər də hörmət qoyurlar. Heç bir sualı cavabsız qoymamışam. Çünki özüm də jurnalist olduğum üçün onlara digərlərindən bir köynək yaxınam. Çox sevindirici haldır ki, bu gün mətbuat katiblərinin əksəriyyəti jurnalistikadan gəlib. Əvvəllər belə hallar çox az olurdu.
-Mətbuat xidməti adından da göründüyü kimi mətbuata xidmət etməlidir. Mətbuatximəti aid olduğu təşkilatın sözçüsüdür. Onun dilindən çıxan hər bir söz həminqurumun rəsmi mövqeyidir. Ona görə də birinci növbədə həmin təşkilatıntəəccübün çəkməli, onun maraqlarından çıxış etməlidir. İşini elə qurmalıdır ki,həmin təşkilatın mətbuatda imici daha yüksək olsun. Mətbuatda çıxan yazıictimai rəyi formalaşıdırır. Mətbuat katibi bunu bilməli, qarşısında dayananilk məsələ elə bu olmalıdır.
- Müasir dövr junralistikasında sizi nə təəssüfləndirir?
-İnsanlara getdikcə qəzet açmaq şansının verilməsi bizi çox sevindirirdi. Çünkijurnalistikanı bitirib, qəzetdə çalışmaq istəyən gənclərə imkan yaranırdı. Buda inkişafa dəlalət edən bir şeydir. Sonra gördük ki, jurnalistikaya aidolmayanlar, bu mühitə təsadüfi düşən adamlar çoxalır, necə danışırlarsa, elə dəyazırlar. Danışdığımız kimi yazacaqdıqsa, niyə oxuduq?! Mətbuat katibi olduğumüçün bu gün bir çox saytlara baxmağa məcburam. Amma olmasaydım, daim 5-6 saytıoxuyardım.
- Ailənizdən danışaq...
-Bir qız və oğul övladım var. Oğlum jurnalistdir. Kommersant.az saytındaredaktordur. Onun birinci kursda yazdığı yazını mən heç axrıncı kursdayazmamışdım. Oğlum ikinci kursda oxuyanda “Student times” adlı bir qəzetyaratdı. Qəzet 4 dildə - Türk, Rus, İngilis və Azərbaycan dilində, A2 formatdanəşr olunurdu. Qəzetin nəşr olunduğu yer xaricilərin idi. Onların tələbələrədəstək olmaq üçün qəzetin qiymətində 50% endirim etmişdilər. Universitetibitirənə qədər qəzet nəşr edildi. Qızım isə Qərb Universitetinin İqtisadfakültəsini bitirib. O, universiteti bitirdikdən sonra İstanbul BilgiUniversitetində magistraturaya daxil oldu. 3 il ingilis dilində MBA təhsilialdı. İndi Türkiyədə işləyir, məzuniyyətdə Bakıya gəlir. Biz isə yoldaşımla 30 ildirbir yerdəyik.
- Məktəb illərinizi necə xatırlayırsınız?
-Məktəbdə bütün fənlərdən 5 almamışam. Hətta ədəbiyyatdan yazdığım inşayamüəllimlər güclə 4 yazardı. Çünki sərbəst mövzu seçmirdim. Köçürmə qabiliyyətimdə yəqin ki, zəif olub (gülür). 3-cü sinifdən 5-ci sinfə birbaşa keçmişəm.Bizim sinfimiz eksperimental idi. 3-cü sinifdə oxuyanda bizə çox ağır proqramladərs keçilirdi. O proqramı bəzi uşaqlar qavraya bilmədi. Amma mən də daxilolmaqla, onu qavrayan sinif yoldaşlarım oldu. Ona görə, 3-cü sinifdən birbaşa5-ci sinfə keçdik. Məktəbi bitirəndən sonra universitetə girə bilmədim.Dəvəçidə 7 illik uşaq müsuqi məktəbində 2 il fortepiano müəllimi işlədim. Ordaişləyəndə divar qəzeti buraxır, yazılar yazırdım. İş yoldaşlarımın hamısıməndən böyük idi. Onlar mənə jurnalistikaya getməyimi tövsiyyə edirdilər.Onların təkidi ilə jurnlaistikaya gəldim. İndi heç də peşiman deyiləm.
- Necə tələbə olmusunuz?
-Məktəb illərində olduğu kimi tələbəlik illərində idmanla məşğul olur, daha çoxkitab oxuyurdum. Lakin kitab tapmaq həmin dövrdə çox çətin idi. Jurnalistikafakültəsində təhsil alırdınızsa, imtahanlardan keçmək üçün çox oxumaq lazımidi. Bununla bərabər, idmanla ciddi şəkildə məşğul olurdum. Velisoped üzrə ölkəçempionatlarında iştirak edir, yüksək yerlər tuturdum. İdman ustalığınanamizəd, Universitetin yığma komandasının kapitanı idim.
- Tələbəlik illərinizdə çətinlikləriniz olub?
-Ola bilər mənim üçün də çətinliklər olub, amma hiss eləməmişəm. Yəqin ki, cavanolmuşam, ona görə. Daim qaçaqaçda olmuşam. Dərsdən çıxıb kitabxanaya,kitabxanadan çıxıb məşqə gedirdim. Yəni, bir dəqiqə boş vaxtım olmurdu.
- Bəs indi, boş vaxtlarınız olanda velisoped sürürsünüz?
-Bizdə velisoped niyə inkişaf etməyib? Çünki Bakı şəhəri və ətrafında velisopedüçün yollar yoxdur. Həmçinin velisoped üçün Bakının landşaftı uyğun deyil.Avropa ölkələrində pullu, kartla olan velisopedlər var. Bununla bərabərvelisoped yolları. Bizdə bu yollar olmadığı üçün velisoped sürmək çoxtəhlükəlidir. Dəfələrlə qəzalar olub. Ona görə, bu gün velisoped sürmürəm, ammaçox istəyərdim. Çünki çox yaxşı velisopedçi olmuşam.
- Əhalinin bu gün yaralı yerlərindən biri də kredit fazilərininyüksək olmasıdır. Bununla bağlı münasibətinizi bilmək istəyərdik. Gələcəkdə bufaizlərin aşağı salınması ilə bağlı hansısa plan nəzərdə tutulurmu?
-Hazırda “Azər Türk Bank”da bu məsələyə yanaşma fərqlidir. Fikirləşirik ki,müxtəlif gəlir səviyyəli insanlar var. İstər korperativ müştərilər arasında,istər sahibkar, istərsə də fərdi şəxslər. Ona görə də, ucundan tutub bahalığagetmək düz siyasət deyil. Bu səbəbdən, 19%-dan başlayaraq müştərilərə kreditlərtəklif edirik. Bank sektorunda hazırda ən aşağı faiz bizdədir. Bundan başqamüxtəlif kampaniyalar həyata keçiririk. “Azər Türk Bank” son müddət ərzində ənçox kampaniya keçirən banklardan biridir. Müxtəlif kampaniyalar çərçivəsindəəmanətlərin fazilərini artırmışıq. 200 manat rəsmi maaş alan şəxs bu gün bizdənzaminsiz, tək şəxsiyyət vəsiqəsi ilə kredit götürə bilər. Bu, insanlar üçünavantajdır. Hətta 200 manat pensiyası olanlar üçün də bu imkanlar yaradılıb.Ümumiyyətlə, müştəriyə fərdi yanaşmaq, onun imkanlarını nəzərə almaq lazımdır.Biz bunu edirik. Ona görə də bizə müraciət edənlərin sayı çoxdur. Əvvəllərbanka gələnlər az olurdu. İndi isə çatdırmaq olmur. Deməli, müştərinin güvəniniqazana bilmişik.
- Problemli kreditlərlə bağlı hazırda vəziyyət necədir? Hansıişlər görülür?
-Bizdə son iki il ərzində problemli kreditlərin səviyyəsi aşağı düşüb. Yəni, busahədə intensiv işlər gedib. Əvvəllər bu işdə müəyyən boşluqlar olub, indi oboşluqları doldurub, ödənilməyən kreditləri cəlb etmişik. Hazırda “Azər TürkBank” ölkədə bəlkə də ən az problemli krediti olan bankdır.
- Bəzi banklarda problemli kreditlərin həlli üçün xüsusi şöbələrolur. İnsanlardan ödənişləri tələb etmək üçün həmin şöbələrdə loru dildə desək,“Qoçu dəstələr” formalaşdırılır. Bu məsələyə münsaibətinizi bilməkistəyərdik...
-Sözsüz ki, belə şeylər bizə yaddır və buna heç vaxt yol vermərik.
- “Azər Türk Bank” siz fəaliyyətdə olduğunuz müddət ərzindəhansı uğurlu layihələrə imza atıb?
-“Azər Türk Bank” 1995-ci ildə yaradılıb. Artıq 23 ildir fəaliyyət göstərir.Səhmlərinin 75%-i Azərbaycan dövlətinə, 13%-dan çoxu Türkiyənin dövlət bankıolan “Ziraat Bank”a, qalanı isə iki yerli hüquqi şəxsə aiddir. Bankdaçalışdığım son iki il ərzində struktur dəyişikliyi olub, departamentləryaranıb, bəziləri ləğv olunub. Bunların hamısı uğurdur. Müştərilərin sayıartır. Hər bir rübü mənfəətlə başa vururuq. Daim inkişafdayıq. Bu templə dahaçox uğurları əldə edəcək, hədəflərimizə daha tez çatacağıq.
- Son olaraq, oxucularımıza nə demək istərdiniz?
-Yaşlı jurnalistikanın nümayəndəsi kimi gənc jurnalistlərə bir sözüm var: tənbəlolmasınlar. Həm işdə, həm cəmiyyətdə, həm yazı-pozuda, həm öz üzərindəçalışmalarında tənbəllik eləməsinlər. Bu dediklərimə əməl etsələr, həyat gözəlolacaq.
Xəyalə Məmmədova
Fotolar: Sərvan Şəldiyev
"Ailə mənim üçün ilham mənbəyidir" - Nərmin Həsənovayla MÜSAHİBƏ / Fotolar
“Səlim Müslümov gələndən sonra oradan uzaqlaşmalı olduq” - İlham Məmmədovla MÜSAHİBƏ /FOTO- VİDEO
“Bazarın yeməkxanasında 1 il qabyuyan işləmişəm” - Nəsimi Paşayevlə MÜSAHİBƏ