Mis.Az - Son Xeberler
Yaponiyanın cənubunda Kaqoşima körfəzindəki yarımadada yerləşən Sakurajima vulkanı püskürüb.
Mis.az xəbər verir ki, vulkandan püskürən kül 4,4 kilometr məsafəyə qədər yüksəlib. Məlumata görə, təbii fəlakət nəticəsində xəsarət alan olmayıb. Bildirilir ki, püskürmədən sonra vulkandakı fəaliyyətlər davam edib və ətraf prefekturalara potensial tüstü və kül barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, Sakurajima Yaponiyanın ən aktiv vulkanı kimi tanınır və 2016-cı ildən bəri ziyarətçilərə kraterə 2 kilometr məsafədən az yaxınlaşmaq qadağan edilib. Yaponiya tarixində ən böyük vulkan püskürməsi 1914-cü ildə Kaqoşima körfəzində qeydə alınıb.
Ana Sehife