Mis.Az - Son Xeberler
“Mançester Siti” “Real Madrid”in futbolçusu Arda Güleri transfer etmək üçün təklifi artıra bilər.
Mis.az xəbər verir ki, İngilis nəhənginin baş məşqçisi Pep Qvardiola klub rəhbərliyindən Arda üçün təklifin məbləğinin artırılmasının mümkün olub-olmadığını soruşub. İddialara görə, “Mançester Siti” 100 milyon avroluq təklifi artıra bilər. Bildirilir ki, Qvardiola Ardanın bacarıqlarını öz oyun fəlsəfəsinə uyğun hesab edir. Məlumata görə, “Real Madrid” Arda Güleri buraxmaq istəmir.
Qeyd edək ki, Arda Güler “Real Madrid”in heyətində Çempionlar Liqasında 10 oyunda 3 qola imza atıb və 5 məhsuldar ötürmə edib.
Ana Sehife