Mis.Az - Son Xeberler
Türkiyədə sosial media fenomeni Zehra Özkaymazın Ümrədəki görüntüləri hiddətlə qarşılanıb.
Mis.az xəbər verir ki, sosial mediada Zeruc kimi tanınan Özkaymazın Ümrə ziyarətində yaraşıqlı kişilərə heyran qalması müzakirəsiz ötüşməyib.
Kəbə ziyarətində əks cinsin nümayəndələri ilə qarşılaşan Zerucun "Bu oğlanları görəndə qızlar namazı dayandırıb onlara baxır. Bilirsiniz, necə yaraşıqlıdırlar?" sözləri onu “hədəf taxtası”na çıxarıb.
Görüntülər sosial mediada yayıldıqdan sonra Özkaymaz sərt tənqid olunub. İzləyiciləri Zerucu Allahın evində yaraşıqlı kişi axtarmaqda suçlayaraq, tövbə etməyə səsləyiblər.
Qeyd edək ki, Zehra Özkaymazın İnstaqramda 815 min izləyicisi var.
Ana Sehife