Mis.Az - Son Xeberler
Bu gün “525-ci qəzet”in yaranmasının 33 ili tamam olur.
Mis.az xəbər verir ki, qəzetin ilk sayı 1992-ci il noyabrın 17-də nəşr olunub və o vaxtdan etibarən Azərbaycanın müstəqillik dövrü mətbuatında özünəməxsus yer tutub.
Nəşrin adı da təsadüfi seçilməyib. Redaksiya əvvəlcə “Sabah” və “2x2” adlarını düşünüb, amma hər ikisi artıq qeydiyyatdan keçdiyindən, dövlət qeydiyyat nömrəsi qəzetin adı olub. Yəni qəzet qeydiyyata alınarkən ona verilən 525-ci sıra nömrəsi sonradan rəsmi ad kimi qəbul edib. İlk illərdə həftəlik kimi fəaliyyətə başlayan “525-ci qəzet” daha sonra dövriliyini artıraraq gündəlik nəşrə keçib.
1995-ci ildən qəzetə Rəşad Məcid rəhbərlik edir. Bu illər ərzində “525-ci qəzet” bir çox gənc jurnalistlərin yetişdiyi mətbuat məktəbinə çevrilib və ölkənin informasiya mühitində mühüm rol oynamaqda davam edir.
Mis.az kollektivi adından "“525-ci qəzet”in əməkdaşlarını təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik.
Sevinc İbrahimzadə / Mis.az
Ana Sehife