Mis.Az - Son Xeberler
Tamştatlı müəllimin əməkhaqqısı ölkə üzrə orta əməkhaqqıdan ən azı iki dəfə yüksək olacaq.
Mis.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda saathesabı əməyin ödənilməsi sistemi saxlanılsa da, alternativ olaraq tamştatlı müəllim anlayışını Azərbaycan məktəblərinə gətirməyə çalışırıq:
"Çünki indiki statistika müəllimlərin 4-6 saat dərs yükü ilə aldığı əməkhaqqını ümumi göstəriciyə aid edir. Həmçinin müəllimin öz əməkhaqqısını artırması üçün yalnız daha çox dərs saatı götürməsi kimi məcburi bir mexanizm doğru deyil və bu, dəyişməlidir. Məqsədimiz müəllimlərə məktəbin tamhüquqlu bir hissəsi olduğunu hiss etdirməkdir”.
Nazir qeyd edib ki, yeni mexanizmin tətbiqi və digər bu məsələlərlə bağlı yaxın günlərdə geniş ictimai məlumatlandırma aparacaq.
Sevinc İbrahimzadə / Mis.az
Ana Sehife