Mis.Az - Son Xeberler
Yunanıstan Türkiyə ilə sərhəddə yerləşən üç kəndin əhalisini artırmağa çalışır. Bununla bağlı əhaliyə çağırış edilib.
Mis.az xəbər verir ki, Soufli, Orestiada və Didymoteicho kəndlərində məskunlaşan ailələrə dəstək məqsədilə 10 min avro ödəniləcəyi vəd olunub.
Həmin kəndləri Türkiyənin Ədirnə şəhərindən cəmi 25 kilometr məsafə ayırır.
Sosial Birlik və Ailə İşləri naziri Domna Mixailidu ölkə əhalisini hökumətin bu təşəbbüsünə qoşulmağa çağırıb.
Qeyd edək ki, həmin kəndlərin əhalisi arasında türklər çoxluq təşkil edir.
Ana Sehife