Mis.Az - Son Xeberler
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də Azərbaycan-Gurcustan sərhədində baş verən təyyarə qəzasından danışıb.
Mis.az xəbər verir ki, ölkə başçısı qəzanın səbəblərinin hərtərəfli araşdırıldığını deyib:
“Qara qutunun araşdırılması nəticəsində bu faciənin niyə baş verdiyini daha aydın şəkildə görə biləcəyik. Bütun məlumatları ictimaiyyətlə şəffaf şəkildə bölüşəcəyik”.
Rəcəb Tayyib Ərdoğan Azərbaycanla əlaqələrə də toxunub:
“Zəfər Bayramından qayıdarkən, Azərbaycan-Gürcüstan sərhədinə yaxın ərazidə təyyarəmiz qəzaya uğrayandan sonra qardaş ölkələr, o cümlədən Gürcüstan və Azərbaycan bütün imkanlarını səfərbər etdi, axtarış-xilasetmə qruplarının çatdırılması və hadisə yerinin təhlükəsizliyinin təminində yaxından əməkdaşlıq etdik. Nəticədə qara qutunu qısa müddətdə əldə etdik. Faciənin hansı səbəbdən baş verdiyini tezliklə biləcəyik”.
Ərdoğan sözlərinə belə davam edib:
“Azərbaycanın Zəfər bayramında da iştirak etdik. Yaxşı gündə də, pis gündə də azərbaycanlı qardaşlarımızın yanındayıq. “Bir millət, iki dövlət” prinsipinə sadiqik. Bundan sonra da belə olacaq".
Ana Sehife