Mis.Az - Son Xeberler
“Liverpul” “Qalatasaray”ın futbolçusu Vilfrid Sinqonun xidmətində maraqlıdır.
Mis.az xəbər verir ki, İngiltərə nəhəngi futbolçunu transfer etmək üçün hərəkətə keçib. Türkiyə mediasının iddiasına görə, futbolçu Çempionlar Liqasında “Qalatasaray”ın “Liverpul”u məğlub etdiyi matçda İngiltərə nəhənginin diqqətini cəlb edib. Transfer reallaşarsa bu, "Qalatasaray”ın əldə etdiyi ən böyük transfer gəliri ola bilər.
Qeyd edək ki, “Qalatasaray” Vilfrid Sinqonu “Monako” klubundan 30 milyon avroya transfer edib. Müdafiəçi “Qalatasaray”ın heyətində uğurlu oyun nümayiş etdirir.
Ana Sehife