Mis.Az - Son Xeberler
“Real Madrid” iki futbolçu ilə yollarını ayırmaq istəyir.
Mis.az xəbər verir ki, İspaniya nəhəngi mövsümün sonunda Antonio Rüdiger və David Alabanı klubdan göndərmək istəyir. AS nəşrinin məlumatına görə, “Real” müdafiəçilərin tez-tez zədələnməsindən narazıdır. Futbolçuların klubla müqavilələri mövsümün sonunda yekunlaşır.
Qeyd edək ki, bundan əvvəl “Real”ın “Liverpul”un fransız müdafiəçisi İbrahima Konateni transfer etmək istədiyi barədə xəbərlər dərc edilmişdi. Dayot Upamekano və Mark Qehi kimi müdafiəçilərin adları da “Real Madrid”lə hallanır.
Ana Sehife