Mis.Az - Son Xeberler
ABŞ-nin "Health & Nutrition Daily" jurnalı immuniteti artıran ənənəvi qidalarla bağlı araşdırma aparıb.
Mis.az xəbər verir ki, mütəxəssis fikirlərinin də yer aldığı məqalədə beyran şorbasının qrip və soyuqdəyməyə qarşı qoruyucu təsirə malik olduğu bildirilib. Şorbanın həftədə bir dəfə qəbul edilməsinin immuniteti artırmaq baxımında əhəmiyyətli olduğu qeyd edilib. "Qış immuniteti qidaları" başlıqlı məqalədə beyranın zəngin qida dəyəri sayəsində qrip riskini azaltdığı bildirilib. Məqalədə qeyd olunur ki, şorbanın tərkibi immuniteti dəstəkləyən amin turşuları ilə zəngindir. Bildirilib ki, isti bibər bədəndən seliyi təmizləyir, tənəffüs yollarını rahatlaşdırır və tərləməni artıraraq toksinlərin xaric olmasına kömək edir.
Beyran şorbasının mütəmadi qəbul edilməsini xüsusilə qrip mövsümündə faydalı olduğu ifadə edilib. Qeyd edək ki, beyran şorbası Türkiyənin Qaziantep bölgəsinə aid, əsasən quzu əti, düyü, sarımsaq, bibər pastası və ədviyyatlardan hazırlanan milli yeməkdir.
Ana Sehife