Mis.Az - Son Xeberler
Türkiyənin Qars şəhərində özlərinin sosial şəbəkə hesabında Qazi Mustafa Kamal Atatürkü təhqir edən 20 nəfərlə bağlı tədbir görülüb.
Mis.az xəbər verir ki, bu barədə Qars polis şöbəsi məlumat yayıb. Qeyd olunub ki, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü təhqir edən şəxslərin hamısının sosial şəbəkə hesabı bağlanıb.
Yerli polisin məlumatında o da vurğulanıb ki, faktla bağlı cinayət işi qaldırılıb. Hazırda həmin adamların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş gedir. Şəxsiyyəti müəyyənləşdirilənden sonra onların cinayət məsuliyyətinə cəlb olunacağı bildirilib.
Ana Sehife