Mis.Az - Son Xeberler
Türkiyənin ən bahalı aktyorlarından sayılan Kənan İmirzalıoğlu yenə qınağa tuş gəlib. Kənan bu dəfə xarici görünüşünün qeydinə çox qaldığı üçün suçlanıb.
Mis.az xəbər verir ki, Türkiyə mətbuatı 51 yaşlı sənətçinin botoks etdirdiyini yazıb. Onun saçının təbii olmadığına dair iddialar var. İmirzalıoğlunun başına parik qoyduğu deyilir.
Sosial şəbəkə istifadəçiləri söylənənlərə biganə qalmayıblar. Kənanın ünvanına xoşagəlməz şərhlər yazanlar, onu aşağılayanlar olub.
Aktyor bunları dedi-qodu adlandırıb. O, saçlarının təbii olduğunu vurğulayıb: "Botoks etdirməmişəm".
Qeyd edək ki, Kənan İmirzalioğlu "Ailə bir imtahandır" serialının hər bölümü üçün aldığı 4,5 milyon lirə qonorara görə uzun müddətdir müzakirə obyekti olaraq qalır.
Ana Sehife