Mis.Az - Son Xeberler
Türkiyədə hamı bu bələdiyyə sədrinin səhər yeməyindən danışır.
Mis.az xəbər verir ki, Nevşəhirin bələdiyyə sədri Rasim Arı yerli medianın diqqətini öz üzərinə cəmləyib. Bələdiyyə sədrinin dəbdəbəli səhər yeməyi müzakirələrə yol açıb. Məlum olub ki, üç dostu ilə birlikdə qəhvəaltı edən Rasim Arının süfrəsində 100-dən çox çeşid olub.
Yerli media masada 50-dən çox yağ, bal, pendir, qaymaq və şokolad çeşidinin olduğunu yazıb. Həmçinin Türkiyədə becərilən bir beçə bahalı zeytun növü də menyuya daxil edilib. Şirniyyat çeşidlərinin və isti yeməklərin sayı-hesabı olmayıb.
Sosial media istifadəçiləri bələdiyyə sədrini israfçılıqda suçlayıblar. Onun ünvanına "insanlar yeməyə quru çörək tapmır, bu isə yağ-bal içində üzür" məzmunlu şərhlər yazılıb.
Bələdiyyə sədrinin qəhvəaltı etdiyi məkana bahalı avtomobillə gəlməsi isə ayrıca tənqid olunub.
Qeyd edək ki, Nevşehir bələdiyyə sədri Rasim Arı Türkiyənin müxalif İyi Partiyasının üzvüdür.
Ana Sehife