Mis.Az - Son Xeberler
Türkiyənin əfsanəvi muğənnisi Muazzəz Abacının ABŞ-da vəfat etməsindən sonra gözlər ondan qalan var-dövlətə çevrildi. Yerli KİV müğənnidən geriyə 1 milyard dollar dəyərində çoxlu sayda mülk, ticarət mərkəzi, bahalı maşın və nəğd pul qaldığını yazdı.
Hazırda Türkiyə mediası bu suala cavab tapmağa çalışır: Muazzəz Abacının var-dövləti kimə çatacaq ?
Mis.az xəbər verir ki, müğənninin ABŞ-da yaşayan 56 yaşlı qızı Saba Abacı bu suala cavab verib. Anasının dəfnində iştirak etmək üçün Türkiyəyə gələn Saba Abacı müğənninin mirasla bağlı vəsiyyətnaməsinin olmadığını bildirib. O, bu sözləri ilə anasının mirasının yeganə sahibi olduğuna işarə edib. Muazzəz Abacının sahib olduğu var-dövlətdən xeyriyyə fondlarına 1 lirə də bağışlamadığı məlum olub.
Xatırladaq ki, Muazzəz Abacı noyabrın 12-də ABŞ-da vəfat edib. O, bu gün Ankarada torpağa tapşırılacaq.
Ana Sehife