Mis.Az - Son Xeberler
Dünya Kuboku seçmə oyunlarında maraqlı hadisə baş verib.
Mis.az xəbər verir ki, pley-offa vəsiqə qazanmaq üçün yalnız bir xala ehtiyacı olan Macarıstan millisi 80-ci dəqiqədən sonra iki qol buraxaraq Dünya Kuboku xəyallarına son qoyub.
Macarıstan 3-cü dəqiqədə Daniel Lukaçın qolu ilə hesabda irəli çıxsa da, İrlandiya 15-ci dəqiqədə Troy Parrottun qolu ilə cavab verib. Macarıstan 37-ci dəqiqədə Barnabas Varqanın qolu ilə yenidən hesabda irəli çıxıb və komandanın kapitanı Dominik Şoboslai qoldan sonra sevincini istehza ilə qeyd edib.
80-ci dəqiqəyə qədər 2-1 hesabı ilə öndə olmasına baxmayaraq, İrlandiya əvvəlcə hesabı bərabərləşdirib, əlavə vaxtda isə qələbə qoluna imza atıb. Məğlubiyyətdən sonra Dominik Szoboszlai ağlayıb.
Qeyd edək ki, Portuqaliya qrup lideri, İrlandiya isə ikinci yerdə qərarlaşıb.
Ana Sehife