Mis.Az - Son Xeberler
Bakı Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına ev sahibliyi edir.
Mis.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciəti səsləndirib.
Müraciətdə Azərbaycanın qlobal rəqəmsal inkişafın təşviqinə və hər kəs üçün inklüziv bağlantının təmin edilməsinə sadiqliyi vurğulanıb. Tədbirdə Azərbaycanda telekommunikasiyanın inkişafı tarixinə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı ölkələr arasında rəqəmsal fərqliliyi aradan qaldırmaq və rəqəmsal transformasiyanı təşviq etmək məqsədilə BTİ tərəfindən 4 ildən bir keçirilən tədbirdir.
“WTDC”yə MDB regionunda ilk dəfə olaraq Azərbaycan ev sahibliyi edir. Bu da öz növbəsində regionda texnoloji və elmi sahələrdə, habelə rəqəmsallaşmada rolumuzu daha da möhkəmləndirəcək və ölkəmizin beynəlxalq miqyasda nüfuzunu gücləndirəcək.
Ana Sehife