Mis.Az - Son Xeberler
Şəki şəhərinin Bideyiz kəndində yanğın olub.
Mis.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, kənddə ümumi sahəsi 100 m² olan 2 otaq və eyvandan ibarət birmərtəbəli kürsülü evin yanar konstruksiyaları yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ana Sehife