Mis.Az - Son Xeberler
Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində sonuncu oyununu keçirib.
Mis.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda Fransa yığmasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1.
21:48
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - Fransa oyununda dördüncü qol vurulub.
Mis.az xəbər verir ki, qonaqlar hesab arasındakı fərqi artırıblar - 3:1.
45+1-ci dəqiqədə Kefrren Türam adını tabloya yazdırıb.
21:34
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - Fransa oyununda üçüncü qol vurulub.
Mis.az xəbər verir ki, qonaqlar bu dəfə hesabda önə keçiblər - 2:1.
30-cu dəqiqədə Manes Akliuş fərqlənib.
21:22
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - Fransa oyununda ikinci qol vurulub.
Mis.az xəər verir ki, bu dəfə qonaqlar tarazlığı bərba ediblər - 1:1.
17-ci dəqiqədə Jan-Filipp Mateta fərqlənib.
21:00
DÇ-2026-nın seçmə mərhələsində keçirilən Azərbaycan - Fransa oyunu başlayıb.
Mis.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakə qarşılaşma saat 21:00-da start götürüb.
Azərbaycan millisi ilk dəqiqələrdə hesabı açdı - 1:0
Matçı latviyalı Andris Treymanis idarə edir.
D qrupunun digər matçında Ukrayna İslandiya ilə üz-üzə gələcək. Həmin görüş saat 23:45-də başlayacaq.
Qeyd edək ki, 13 xalla qrupda lider olan Fransa komandası DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edib. İslandiya və Ukrayna 7 xalla növbəti pilləri bölüşdürürlər. 1 xalı olan Azərbaycan millisi dördüncüdür.
Ana Sehife