Mis.Az - Son Xeberler
Amazon şirkəti restrukturizasiya səbəbilə Nyu-Yorkdakı korporativ ofislərində təxminən 700 işçisini işdən çıxaracağını açıqlayıb.
Mis.az xəbər verir ki, bu qərar, dünya miqyasında təxminən 14000 vəzifənin ləğvini əhatə edən xərc azaltma planının bir hissəsidir. Nyu-York Dövlət Əmək Departamentinə təqdim edilən sənədlərə görə, Manhettendəki doqquz Amazon ofisində 660 işçi işdən çıxarılacaq. Ən böyük ixtisarlar Manhetten Qərb ofisində və “New York Tech Hub”da baş verəcək.
Qeyd edək ki, 2021-ci ildə Jeff Bezosun yerinə Endi Cassi şirkətin baş direktoru vəzifəsinə seçiləndən sonra insan resursları, bulud xidmətləri və reklam da daxil olmaqla müxtəlif bölmələrdə on minlərlə insan işdən çıxarılıb.
Ana Sehife