Mis.Az - Son Xeberler
Dünyanın bəzi ölkələrində insanlar gecələr ağızlarına lent bağlayıb yatırlar. Bu ənənənin koreyalılar arasında daha populyar olduğu bildirilir.
Mis.az xarici KİV-ə istinadla xəbər verir ki, insanların yatanda ağızlarına lent bağlamasının tarixi bir necə əsr əvvələ qədər uzanır. Qədim Çin təbabətində bu üsuldan geniş istifadə olunub.
Alimlər hələ 19-cu əsrdə müəyyən ediblər ki, insanın ağızdan deyil, burundan nəfəs alması onun sağlamliğı üçün daha faydalıdır. Ağzına lent bağlamaq insanı xoruldamaqdan xilas edir. Uşaqlar ağızlarını bağlayıb yatanda sifət cizgiləri daha xoşagəlimli qalır və çənənin uzanmasının qarşısı alınır.
Alimlər müəyyən ediblər ki, ağızı lentlə bağlamaq bədəndə enerji axışını tənzimləyir. O da məlum olub ki, ağızdan deyil, burundan nəfəs alan insanların dişləri gec xarab olur.
Həkimlər gecələr ağızlarını bağlayıb yatan insanlara özünəməxsus xüsusiyyətləri olan tibbi lentlərdən istifadə etməyi tövsiyə edirlər.
Ana Sehife