Mis.Az - Son Xeberler
ABŞ prezidenti Donald Tramp gələn həftə BBC-ni çıxışını təhrifetməkdə ittiham edərək ona qarşı 1 milyarddan 5 milyard dollara qədər təzminat tələb etmək üçün məhkəməyə müraciət edəcək.
Mis.az xəbər verir ki, bu barədə o özü məlumat verib.
Xatırladaq ki, BBC-nin Baş direktoru Tim Davie və BBC News-un xəbərlər üzrə rəhbəri Deborah Turness BBC Panoramada yayımlanan sənədli filmdə Donald Trampın çıxışının redaktə edildiyi iddiaları fonunda istefa veriblər.
Şirkətin keçmiş standartlar üzrə məsləhətçisi daxili qeydləri mətbuata sızdırıb. Həmin sənəddə BBC-nin Tramp, HƏMAS-İsrail müharibəsi və transgender hüquqları ilə bağlı materiallarında buraxdığı səhvləri sadalanaraq qurumda "sistematik sol yönümlü qərəz" olduğunu iddia edilib. BBC-nin media müxbiri Katie Razzall və siyasi aparıcılarından olan Nick Robinson bildiriblər ki, xəbər menecerləri ilə idarə heyəti arasında toqquşma baş verib. Birincilər Tramp redaktəsinə görə üzr istəmək arzusunda olduqları halda, ikinci tərəf institusionallaşmış qərəzlə bağlı daha geniş problemin həll edilməsini müdafiə edib.
Ana Sehife