Mis.Az - Son Xeberler
Mingəçevir Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Akif Mirabov vəfat edib.
Mis.az xəbər verir ki, o bu gün dünyasını dəyişib.
Qeyd edək ki, mərhum Azərbaycanın Milli Qəhrəmanı Rəşad Mirabovun atasıdır.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Mirabov Rəşad Akif oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Qeyd edək ki, A. Mirabov 2000-ci ildə Respublikanın Əməkdar artisti adını alıb, 2013- cü ildə “Tərəqqi” medalı, 2019-cu ildə Prezidentin Fəxri diplomu və bir çox fəxri fərmanlarla təltif olunub.
Ana Sehife