Mis.Az - Son Xeberler
Turkiyədəki Suriya səfirliyi bağlanıb.
Bu barədə Suriyanın xarici işlər naziri Əsəd Şeybani məlumat verib. Şeybani kirayə pulu ödənilmədiyi üçün səfirliyin Ankaradakı binasının əllərindən çıxdığını bildirib.
Mis.az xəbər verir ki, suriyalı diplomat bu xoşagəlməz vəziyyətin yaranmasında sabiq prezident Bəşər Əsədi günahlandırıb. Deyib ki, Bəşər Əsəd rejimi səfirliyin yerləşdiyi mülkün kirayə pulunu ödəmədiyi üçün diplomatik korpusun fəaliyyəti dayandırılıb.
Nazir hazırda İstanbulda Suriya konsulluğunun fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, Qazi Antep şəhərində də konsulluq açmağa hazırlaşırlar.
Ana Sehife