Mis.Az - Son Xeberler
Pep Qvardiola mövsümün sonunda "Mançester Siti"dən ayrıla bilər.
Mis.az xəbər verir ki, məşqçinin klubla müqaviləsi 2027-ci ildə yekunlaşsa da, tərəflər mövsümün sonunda yollarını ayıra bilər. "The Times" qəzetinin məlumatına görə, Qvardiola "Mançester Siti"yə yeni məşqçisinin seçilməsi ilə bağlı məsləhət verməyə hazırdır, lakin son qərarı klubun idarə heyəti verəcək. İddialara görə, keçmiş kapitan Vinsent Kompani hazırda klub daxilində güclü dəstəyə malikdir. "Marsel"in məşqçisi Roberto De Zerbi və "Bornmut"un məşqçisi Andoni İraola da "Siti" rəhbərliyinin diqqətini cəlb edib.
Qeyd edək ki, "Bavariya"nın məşqçisi olan Vinsent Kompani uğurları ilə Almaniyada təqdir edilir. Kompaninin “Bavariya” ilə müqaviləsi 2029-cu ildə yekunlaşır.
Ana Sehife