Mis.Az - Son Xeberler
Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus yanğınsöndürmə təyyarəsi qəzaya uğrayıb.
Mis.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Qeyd edək ki, hadisənin baş verdiyi bölgədə əlverişsiz hava şəraitinin müşahidə olunduğu açıqlanmışdı
***
Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus yanğınsöndürmə təyyarəsi radardan itib.
Mis.az “Trthaber”ə istinadən xəbər verir ki, bu barədə nazirlikdən açıqlama verilib. Məlumata görə, iki AT-802 yanğınsöndürmə təyyarəsi, planlaşdırılmış texniki xidmət əməliyyatının bir hissəsi olaraq Çanaqqaladan Xorvatiyanın Zaqreb şəhərinə uçub. Bildirilir ki, ardınca hər iki təyyarə Zaqreb hava limanından havaya qalxıb. Bir təyyarə geri dönmə marşrutu zamanı Rejika hava limanına təhlükəsiz şəkildə eniş etsə də, digər təyyarə ilə radio əlaqəsi qurmaq mümkün olmayıb.
Məlumata görə, itkin düşmüş təyyarənin yerini müəyyən etmək üçün Xorvatiya bölmələri ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərinə başlanılıb.
Ana Sehife