Mis.Az - Son Xeberler
Sabahdan respublika üzrə növbəti istilik mövsümünə rəsmi olaraq start verilir.
Mis.az-ın məlumatına görə, noyabrın 15-dən etibarən ölkə üzrə payız-qış mövsümü başlayır.
Belə ki, 2025–2026-cı illər payız-qış mövsümü ərzində “Azəristiliktəchizat” ASC Bakı və regionlarda ümumilikdə 550 qazanxana və 88 istilik məntəqəsi vasitəsilə 3841 yaşayış binası, həmçinin məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri və minlərlə sosial-təsərrüfat obyektini istiliklə təmin edəcək.
Qeyd edək ki, dağ rayonlarında istilik mövsümünə artıq 1 noyabrdan start verilib. Bu ərazilərdə yerləşən 34 qazanxana vasitəsilə 1149 mənzili əhatə edən 34 bina, həmçinin məktəb, bağça və digər sosial obyektlərin qızdırılması təmin olunub.
Sevinc İbrahimzadə / Mis.az
Ana Sehife