Mis.Az - Son Xeberler
Bu ilin doqquz ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 72 min 210 doğulan körpə qeydə alınıb.
Mis.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,1-dən 9,4-ə düşüb.
Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub.
Doğulan körpələrdən 2422-si əkiz, 78-i isə üçəm olub.
Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (12,0), Lənkəran-Astara (11,4), Qarabağ (11,2), Şərqi Zəngəzur (11,0), Mil-Muğan (10,8), Şirvan-Salyan (10,7), Qazax-Tovuz, Quba-Xaçmaz və Mərkəzi Aran (10,5) iqtisadi rayonlarında ölkə göstəricisindən (9,4) yüksək olub.
Cari ilin yanvar-sentyabr ayları ərzində ölkədə 44409 ölüm halı qeydə alınmış və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,7-dən 5,8-ə qədər artıb.
Ana Sehife