Mis.Az - Son Xeberler
Türkiyənin əfsanəvi müğənnisi İbrahim Tatlısəs ilə oğlu Ahmet Tatlısəs arasındakı qalmaqal səngimək bilmir.
Mis az xəbər verir ki, ata-oğul qarşıdurması artıq məhkəmə salonlarına daşınıb. Ahmet Tatlısəs onu miras hüququndan məhrum edən atasıyla qanunun dili ilə danışmağa başlayıb.
Yerli KİV oğul Tatlısəsin atasına qarşı irəli sürdüyü iddiaların detallarını açıqlayıb. Məlum olub ki, oğlu atasının "ağıldankəm" olduğunu iddia edib. İbrahim Tatlısəsin 27 yaşlı sevgilisi Gülçin Karakayanin təsiri altında olduğu və şüurlu qərarlar qəbul etmədiyi də iddianamədə yer alıb.
Atasının var-dövlətindən pay istəyən oğlunun sonrakı iddiaları daha dəhşətlidir. O, məşhur muğənninin bədxərc və şorgöz olduğunu yazıb. İddia edib ki, atası sahib olduğu pulları arağa xərcləyir. Sonra isə içkinin təsiri altında qumarda böyük məbləğdə pullar uduzur.
Ahmet Tatlısəsin bu iddiaları sosial şəbəkələrin Türkiyə seqmentində müzakirələrə səbəb olub. Çoxluq həm atanı, həm də oğlu qınayır.
Ana Sehife