Mis.Az - Son Xeberler
“Dünyanın istənilən yerində yüksək ixtisaslı miqrant olmasını düşünən və ya iddia edən hər bir əcnəbi elektron qaydada bu portala müvafiq məlumatlarını daxil edə bilər”.
Mis.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib:
“Qiymətləndirmə 20 gün ərzində müsbət nəticələnərsə, həmin şəxs Azərbaycana sadələşdirilmiş qaydada viza ala, özü və ailə üzvləri üçün yaşama icazəsi əldə edə və gələcəkdə vətəndaşlığa qəbul üçün müraciət imkanı qazana bilər.
Bu şəxslər həmçinin iş icazəsindən azaddırlar. Portalda qeydiyyatdan keçən işəgötürənlər isə yüksəkixtisaslı miqrantların bazasına çıxış əldə edərək onlarla birbaşa əlaqə saxlaya və iş təklifləri göndərə biləcəklər”.
Sevinc İbrahimzadə / Mis.az
Ana Sehife