Mis.Az - Son Xeberler
Türkiyədə əhaliyə eşşək ətindən hazırlanmış kolbasa satan şirkət ifşa olunub.
Mis.az xəbər verir ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi istehlakçılara eşşək əti satan şirkətin adını açıqlayıb. Məlum olub ki, İzmirde fəaliyyət gostərən "Örke Kasap (Mert Et) - Ahmet Örke" şirkətinin müştərilərə təklif etdiyi kolbasa məhsulları eşşək ətindən hazırlanıb.
İnsan sağlamlığı üçün təhlükəli olan həmin məhsullar İzmir və qonşu əyalətlərdə satışa çıxarılıb.
Nazirlikdən firmanın fəaliyyətinin dayandırıldığı bildirilib.
Faktla bağlı cinayət işi qaldırılıb.
Ana Sehife