Mis.Az - Son Xeberler
“Yuventus” Kenan Yıldızla yeni müqavilə ilə bağlı razılığa gələ bilməyib.
Mis.az xəbər verir ki, tərəflər danışıqları dayandırıb. Bildirilir ki, adı "Çelsi", "Arsenal" və "Real Madrid"lə hallanan futbolçu “Yuventus”la məvacib məsələsində razılığa gələ bilməyib. “La Gazzetta dello Sport” nəşirinin məlumatına görə, futbolçu hazırda 1,7 milyon avro məvacib alır. Bildirilir ki, “Yuventus” Kenan Yıldıza 6 milyon avro məvacib təklif edib. Futbolçunun isə 7 milyon avro tələb etdiyi iddia edilir.
Qeyd edək ki, Kenan Yıldızın “Yuventus”la müqaviləsi 2029-cu ildə yekunlaşır.
Ana Sehife