Mis.Az - Son Xeberler
İqtisadiyyat naziri Mikayıl Cabbarov 12 Noyabr - Konstitusiya Günü ilə əlaqədar paylaşım edib.
Mis.az xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib:
"Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunmasının 30 illiyini qeyd edirik.
Bu fundamental sənəd dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün qorunması, vətəndaşlarımızın hüquqlarının təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün hüquq sisteminin bünövrəsini təşkil edir. Konstitusiya Günü münasibətilə təbriklərimizi çatdırır, dövlətimizə daimi tərəqqi və yüksəliş arzulayırıq".
Ana Sehife