Mis.Az - Son Xeberler
Futbol üzrə İspaniya yığma komandası itki ilə üzləşib. Əsas heyətin vazkeçilməz isimlərindən olan Lamine Yamal zədələnib.
Mis.az xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb. Həkimlər gənc futbolçunun zədəsinin ciddi olduğunu və ən azı 10 gün yaşıl meydanlardan uzaq qalacağını bildiriblər.
Qeyd edək ki, İspaniya yığması noyabrın 15-də Gürcüstan milli komandasının qonağı olacaq. Noyabrın 18-də isə öz meydançasında Türkiyə yığmasını qəbul edəcək.
Futbol mütəxəssisləri İspaniya komandasını hər iki oyunun favoriti sayırlar.
Ana Sehife