Mis.Az - Son Xeberler
Əfsanəvi məşqçi Fatih Terim yenidən futbola qayıda bilər.
Mis.az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Şəbab" klubunu çalışdırandan sonra işsiz olan Fatih Terimin adı Çexiya millisi ilə hallanıb. "Ajansspor"un məlumatına görə, Fatih Terim Çexiya millisi ilə danışıqlar aparır. Məlumata görə, Çexiya millisinin idman direktoru Pavel Nedved türk məşqçinin milliyə gəlməsini istəyir. Keçmiş futbolçu Pavel Nedved “Əl-Şəbab” klubunda vəzifədə olarkən Terimlə birgə çalışıb.
Türkiyə millisi, "Qalatasaray" və "Panatinaikos" kimi komandaları çalışdıran Fatih Terim, Çexiya ilə razılığa gələrsə, karyerasında ilk dəfə Avropada milli komandaya rəhbərlik edəcək.
Ana Sehife