Mis.Az - Son Xeberler
Azərbaycanda boşanmaların sayının artması ictimai diqqəti yenidən bu problemə yönəldib. Mütəxəssislər boşanmalarda ailədaxili xəyanətin əsas faktorlardan biri olduğunu deyirlər. Xəyanətdən söhbət düşəndə isə qeyri-ixtiyarı olaraq gözlər kişilərə çevrilir.
Kişilər niyə xəyanət edirlər?
Psixoloq Vüsalə Rüstəm Mis.az-a açıqlamasında bu suala aydınlıq gətirib. O, kişilərin xəyanətə meylli olmasını müxtəlif səbəblərlə əlaqələndirib:
"Qəribə səslənsə də belədir: kişi cinsi tələbatını ödəyə bilməyəndə mənəvi boşluğa düşür. Bir çox hallarda qadın kişinin həyat yoldaşı olmaqdan çıxıb onun anasını əvəzləməyə başlayır. Bu zaman problem çılpaqlığı ilə üzə çıxır. Kişi beyni qadını ana ilə eyniləşdirir. Nəticədə kişinin həyat yoldaşına bəslədiyi məhrəm hislər ölür. Bundan sonra beyində aclıq başlayır. Müşahidələrə əsalanıb deyə bilərik ki, bəzən kişilər özlərinin gözəl və ağıllı xanımını simaca eybəcər, hətta normal həyat keçirməyən qadınlara dəyişə bilir. Digər halda isə evin xanımı uşaqlara çox vaxt ayırdığı üçün həyat yoldaşı ikinci plana keçir".
Psixoloq deyib ki, münasibətlər bu səviyyəyə çatanda kişinin nə istədiyi qadın üçün maraqlı olmur və hər şey adiləşir:
"Adiləşmiş hislər isə boşluq və uçurum yaradır. Nəticədə sevgi sönür, xəyanət başlayır. Kişilər çox vaxt xəyanəti həyatlarına rəng qatmaq kimi başa düşürlər. Amma bu hal etibarın sarsılması və ailəyə hörmətsizlikdir. Heç bir xəyanət bağışlanmamalıdır".
Kənan İsmayılov / Mis.az
Ana Sehife