Mis.Az - Son Xeberler
İqtisadiyyat naziri Mikayıl Cabbarov 8 noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib.
Mis.az xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.
"Müzəffər Ali Baş Komandan İlham Əliyevinrəhbərliyi ilə şanlı ordumuzun qətiyyətli mübarizəsi nəticəsində qazandığımız parlaq zəfərin 5 illiyini böyük qürurla qeyd edirik. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ölkəmizin qlobal nüfuzunun artması, iqtisadi suverenliyinin möhkəmləndirilməsi və yüksək sosial rifah cəmiyyətinin bərqərar olması üçün möhkəm bünövrə formalaşdırıb. Birliyimizin və qüdrətli dövlətimizin yenilməzliyini ifadə edən Zəfər Günü münasibətilə təbriklərimizi çatdırır, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. Yaşasın qüdrətli Azərbaycan!"
EditEdit
Ana Sehife