Mis.Az - Son Xeberler
"Real Madrid"də Cude Bellighemin heyətə qayıtmasından sonra Arda Güler arxa mövqedə oynamağa başlayıb.
Mis.az xəbər verir ki, məshuldar ötürmələr etməsinə baxmayaraq Bellinghemin qayıdışından sonra məşqçi Xabi Alonso Ardanı arxa mövqedə oynadıb. “Sport” qəzetinin dərc etdiyi məqalədə deyilir ki, Ardanın fiziki durumu onun 90 dəqiqə oynamasına imkan vermir. Arda start heyətdə başladığı 13 oyundan 12-də əvəzlənib.
Bildirilir ki, Bellinghemin heyətə qayıdaraq uğurlu oynaması Ardanın rolunu azaldıb. Çünki, Bellinghem də oyun qurucu futbolçu mövqeyində oynamağa başlayıb.
Ana Sehife