Mis.Az - Son Xeberler
“Real Madrid” və “Mançester Siti” “Liverpul”un macar ulduzu Dominik Şoboslayının xidmətində maraqlıdır.
Mis.az xəbər verir ki, “Real”ın futbolçunu hələ 2020-ci ildə “Red Bull Salzburg”da oynayarkən transfer etmək istədiyi iddia edilib. İspaniya nəhənginin yarımmüdafiəsini gücləndirmək üçün yenidən futbolçu üçün hərəkətə keçə biləcəyi irəli sürülüb. İddia edilir ki, “Liverpul” Dominik Şoboslayıya olan marağa görə, onunla yeni müqavilə imzalamaq istəyir. Şoboslayın hazırkı müqaviləsi 2028-ci ilə qədər olsa da, "Liverpul" yeni müqavilə ilə bağlı danışıqlara başladığı bildirilir.
Britaniya mənbələrinə görə, oyunçunun müqaviləsi 2030 və ya 2031-ci ilə qədər uzadıla və həftəlik 120000 funt sterlinq maaşı 50 faiz artırıla bilər.
Ana Sehife