Mis.Az - Son Xeberler
"Fənərbaxça" yeni transferlərlə bağlı fəaliyyətini davam etdirir.
Mis.az xəbər verir ki, klub iki istedadlı futbolçunun transferi üçün hərəkətə keçib. İddialara görə, "Fənərbaxça" "Hoffenhaym"ın futbolçusu Umut Tohumcu və "Leypsiq"in oyunçusu Amadou Haidaranın xidmətində maraqlıdır. Bildirilir ki, Türkiyə nəhənginin nümayəndələri Umut Tohumcu üçün "Hoffenhaym"la danışıqlar həyata keçirib. Futbolçunun klubdan getməyə razılıq verdiyi irəli sürülüb.
Məlumata görə, Amadou Haidaranın müqaviləsi mövsümün sonunda yekunlaşdığı üçün "Fənərbaxça" onun aşağı məbləğə transfer edə bilər.
Ana Sehife