Mis.Az - Son Xeberler
“İnter Mayami”nin futbolçusu Lionel Messi karyerası ilə bağlı açıqlama verib.
Mis.az xəbər verir ki, argentinalı futbolçu inanılmaz bir şəhərdə yaşadığını ifadə edib. O, Mayamidə xoşbəxt olduğunu bildirib. Messi, Kriştiano Ronaldonun Dünya Kuboku ilə bağlı açıqlamalarına da cavab verib. Messi bildirib ki, Dünya Kuboku bir futbolçunun qazana biləcəyini ən yüksək səviyyədir. Qeyd edək ki, Kriştiano Ronaldo Dünya Kubokunu qazanmaq arzusunu açıqlamışdı. Ronaldo, “Bu, bir xəyaldırmı? Düşünmürəm. Bu, məni oyunçu kimi müəyyən etmir. 6-7 matçlıq bir turnir məni tarixin ən yaxşısı edəcəkmi? Sizcə, bu ədalətlidirmi?” - deyə bildirib.
Lionel Messinin ondan daha yaxşı futbolçu olub-olmadığı sualına cavab olaraq Ronaldo, Messinin ondan daha yaxşı olması fikri ilə razılaşmadığını ifadə edib.
Ana Sehife