Mis.Az - Son Xeberler
““Qarabağ” möhtəşəm oynadı, qalib də gələ bilərdilər, amma oyun zəfərə bərabər heç-heçə ilə başa çatdı. Bu da az deyil”.
Bunu millət vəkili Aqil Abbas “Qarabağ”ın "Çelsi" ilə 2-2 hesabı ilə yekunlaşan oyunu haqqında Mis.az-a danışarkən söyləyib.
O deyib ki, “köhlən atlar”ın ortaya qoyduqları futbol hər şeyə dəyərdi:
““Çelsi” dünyanın ən güclü komandalarından biridir və ulduzlarla dolu heyətə malikdir. Onların heyət dəyəri 1,140 milyard avrodur, “Qarabağ”ın isə cəmi 24,83 milyon avro. Amma görünür ki, pul hər şeyi həll etmir, burada ürək, qürur və məğrurluq da var. Qurban Qurbanova xüsusi təşəkkür düşür. Belə bir komanda formalaşdırmaq böyük işdir. Dünən Elvin Cəfərquliyev də özü haqqında bütün deyilənlərin üzərindən xətt çəkərək əla oyun sərgilədi”.
A.Abbas azarkeşlərimizin də tribunada yüksək səviyyə nümayiş etdirdiyini qeyd edib.
Sevinc İbrahimzadə / Mis.az
Ana Sehife