Mis.Az - Son Xeberler
20 ildən çox Şimali Koreyanın simvolik prezidenti vəzifəsində çalışan Kim Yonq Nam 97 yaşında vəfat edib.
Mis.az xəbər verir ki, xarici əlaqələrdə rejimin siması kimi tanınan Kim Yonq Nam, Kim İr Sendən Kim Çen Ina qədər üç liderlə işləyib. Şimali Koreya lideri Kim Çen In köhnə dostunun vəfatından kədərləndiyini ifadə edib. Məlumata görə, Kim Çen In Kim Yonq Namın vəfatı ilə bağlı başsağlığı verib.
Qeyd edək ki, Kim Yonq Nam, Şimali Koreyanın qurucusu Kim İr Senin hakimiyyəti dövründə Xarici İşlər Nazirliyində mühüm vəzifələrdə işləyib. O, 1998-ci ildən 2019-cu ilə qədər Ali Xalq Məclisinin sədri vəzifəsində çalışıb və ölkənin simvolik prezidenti olub.
Ana Sehife