Mis.Az - Son Xeberler
“Real Madrid”in futbolçular Din Huijsen və Arda Güler gənc olmalarına baxmayaraq soyunma otağında lider kimi çıxış edirlər.
Mis.az xəbər verir ki, baş məşqçi Xabi Alonsonun sistemində qazandıqları əhəmiyyət sayəsində onlar əvəzolunmaz əsas fiqurlar kimi ön planda yer alırlar. İspaniya “El Nacionale” nəşrinin məlumatına görə, Huijsen və Arda Güler komanda yoldaşları Raul Asensionun oyunundan narazıdırlar. Huijsen və Arda hesab edir ki, Asensio gərgin matçlarda heyətdə yer almamalıdır. İddialara görə, Asensionun Militao və Huijsen ilə münasibətləri gərginləşib.
Qeyd edək ki, Xabi Alonsonun “Real”a gəlişindən sonra Raul Asensio əsas heyətdə yerini itirib.
Ana Sehife