Mis.Az - Son Xeberler
Türkiyə milli komandasının və "Fənərbaxça"nın ulduz futbolçusu Kərəm Akturkoglu 3-cü sinif şagirdi Araz Şamləya münasibətdə sərgilədiyi nümunəvi davranışla Türkiyə mətbuatının diqqətini öz üzərində cəmləyib.
Mis.az xəbər verir ki, Araz Şamlı ibtidai sinif şagirdidir, İstanbuldakı Yenidoğu məktəbində təhsil alır. Bir neçə gün əvvəl məktəbdə keçirilən başqanlıq seçkisində namizəd olan Araz şagird yoldaşlarına sensasiya sayılacaq vəd verib: "Başqan seçilsəm, məşhur futbolçu Kərəm Akturkoglunu məktəbimizə gətirəcəm".
Yenidoğu məktəbinin şagirdləri Arazın arzusunu gözündə qoymayaraq onu məktəbin başqanı seçiblər. Bundan sonra Araz ulduz futbolçuya mesaj yazaraq onu təhsil aldığı məktəbə dəvət edib. Kərəm Arazın və məktəbli dostlarının arzusunu yerinə yetirərək, ötən gün şagirdlərin qonağı olub. Usta qolçu şagirdləri maraqlandıran sualları cavablandırıb, onlara öz tövsiyələrini verib.
Türkiyə cəmiyyəti Kərəm Akturkoglunun bu jestini yüksək qiymətləndirib. Sosial şəbəkələrdə futbolçunun ünvanına minlərlə tərif yazılıb.
Ana Sehife