Mis.Az - Son Xeberler
“Azərbaycanda barəsində cinayət işi açılmış şəxslər və hətta onların qohumlarınadair bəzən belə bir məhdudiyyət də tətbiq olunur: etibarnamə vermə imkanı yasaqedilir. Yəni şəxs notariusa etibarnamə təsdiqlətmək üçün gələndə notariusimtina edir”.
Mis.az-ın məlumatına görə, bu barədə hüquqşünas Əkrəm Həsənov sosialmedia hesabında paylaşım edib.
Onun sözlərinə görə, kimsə notariuslara belə bir göstəriş verir:
“Kim? Məhkəmə? İnanmıram. Çünki belə bir məhdudiyyətin qoyulması absurddurvə qanuna ziddir. Məhkəmə qərarları dərc olunur, buna görə də hansısa hakiminbelə özbaşınalığa yol verə bilməsi inandırıcı deyil. Ən azı reputasiyasıbaxımından. Böyük ehtimalla bu qanunsuz göstərişi qeyri-rəsmi olaraq hüquqmühafizə orqanları verir, notariuslar da əsassız olaraq ona əməl edir. Butədbir o qədər antihüquqidir ki, heç bilmirəm nə deyim”.
Ə.Həsənov qeyd edib ki, hətta azadlıqdan məhrum edilmiş ən qatı cinayətkarbelə etibarnamə vermək hüququna malikdir:
“Kiminsə bu hüquqdan məhrum olunması mülki hüquq qabiliyyətindən məhrumedilməsi deməkdir. Sanki o, kölədir, quldur! Mülki Məcəllənin 25-ci maddəsinəəsasən: 1) mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülkihüquq vəzifələri daşımaq qabiliyyətidir; 2) hər kəsin mülki hüquq qabiliyyətieyni dərəcədə tanınır; 3) insanın hüquq qabiliyyəti onun doğulduğu an əmələgəlir və ölümü ilə xətm edilir; 4) insan hüquq qabiliyyətindən məhrum ediləbilməz. İnsanın hansısa hüququ varsa, qanunla başqa hal nəzərdə tutulmayıbsa,onun həyata keçirilməsini etibarnamə əsasında başqasına həvalə edə bilər.Etibarnamə verə bilmirsə, deməli, heç bir hüququ da yoxdur, dediyim kimi,quldur, kölədir”.
“Ən əsası isə mən başa düşmürəm ki, bununla nəyə nail olmaq istəyirlər?Hansısa əmlakının satılmasının qarşısını almaq istəyirlər? Bunun qanuni yoluvar: həmin əmlaka məhkəmə qərarı əsasında həbs qoydurmaq olar. Yəni məhdudiyyətkonkret olmalıdır, ümumi yox. İndi isə belə çıxır ki, şəxs hətta məhkəmədə onutəmsil etmək üçün vəkilə də etibarnamə verə bilmir. Bu biabırçılıqdır”, - deyəhüquqşünas əlavə edib.
Sevinc İbrahimzadə / Mis.az
Ana Sehife