Mis.Az - Son Xeberler
Lionel Messi 2026-cı il Dünya Kubokunda oynamaq istədiyini açıqlayıb.
Mis.az xəbər verir ki, Fabritsio Romano ilə müsahibəsində Lionel Messi, şərtlər imkan verərsə, ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il Dünya Kubokunda oynamaq istədiyini bildirib. Messi Argentinanın dünya çempionluğu titulunu qorumaq və karyerasında altıncı dəfə turnirdə oynamaq fürsətinin maraqlı olacağını ifadə edib. Futbolçu həmçinin qeyd edib ki, turnirdə iştirak etmək üçün yaxşı formada olmalıdır.
Qeyd edək ki, bundan əvvəl Lionel Messi Argentinanın Venesuelaya 3:0 hesabı ilə məğlub etdiyi oyunun onun üçün son rəsmi matçı olacağını bildirmişdi. Lakin, Messi Dünya Kubokunda oynamaq istədiyini bildirib.
Ana Sehife