Mis.Az - Son Xeberler
Son günlər "Telegram" istifadəçilərinə tanış nömrələrdən belə bir mesaj göndərilir: “Salam, sənin şəklini bu saytda gördüm". Bir çox insan həmin mesajdakı linkə daxil olur və bununla da həm öz hesablarını, həm də kontaktlarını təhlükəyə atırlar.
İKT məsələləri üzrə ekspert Fərhad Mirəliyev Mis.az-a açıqlamasında bildirib ki, bu, fişinq hücumdur:
"Ssenarilər müxtəlif ola bilər. İstənilən halda bu tip linklər saxta saytlara yönləndirir. Məqsəd kart məlumatlarını, yaxud istifadəçinin hesabını ələ keçirmək ola bilər. Odur ki, istifadəçilər belə mesajlara aldanmasınlar və həmin linklərə daxil olmasınlar".
Sevinc İbrahimzadə / Mis.az
Ana Sehife