Mis.Az - Son Xeberler
Vətəndaşlar "Trendyol"da məhsulların qiymətlərindən narazıdırlar.
Mis.az-ın məlumatına görə, alıcılar bildirirlər ki, istənilən məhsul Türkiyə bazarında daha ucuz olduğu halda, Azərbaycana 2-3 qat baha qiymətə satılır:
“Türkiyədə 3 manat 50 qəpiyə satılan corab Azərbaycan üçün 13 manatdır. Hətta promo endirimlərdən sonra belə, həmin məhsullar Türkiyə bazarındakı qiymətdən yenə baha olur. Üstəlik, buna daşınma haqqı da əlavə edilir”, – deyə vətəndaşlar bildiriblər.
Qeyd edək ki, qiymətlər arasındakı böyük fərqlə bağlı "Trendyol Azərbaycan"a sorğu ünvanlamışıq.
Sevinc İbrahimzadə / Mis.az
Ana Sehife