Mis.Az - Son Xeberler
Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, gələn ildən Azərbaycana idxal olunan istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır. Bəs bu, avtomobillərin satış qiymətinə necə təsir edəcək?
Nəqliyyat eksperti Eldəniz Cəfərov Mis.az-a açıqlamasında bildirib ki, bu halda avtomobillərin qiyməti artacaq.
Ekspert həmçinin utilizasiya qiymətlərində də dəyişikliklərin ola biləcəyini söyləyib:
“Təklif etmişik ki, utilizasiyaya avtomobilini verən vətəndaş üçün nəzərdə tutulan vauçer məbləğləri artırılsın”.
Sevinc İbrahimzadə / Mis.az
Ana Sehife